Bu gün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov başda olmaqla komitənin əməkdaşları, eləcə də Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspora rəhbərləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
SİA-nın xəbərinə görə, qonaqlar daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə əklil və gül dəstələri düzüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB