Milli Məclis bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edib. SİA-nın məlumatına görə, dəyişikliklər barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsini sədri Əli Hüseynli deyib ki, dəyişikliyə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.
Bundan başqa, "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 50 manat miqdarında cərimə olunacaq.
Dəyişikliklər səsə qoyulaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB