Qənirə Paşayeva: “Məktəblərdə hərbi dərslərin keyfiyyəti ciddi şəkildə artırılmalıdır”

Qənirə Paşayeva: “Məktəblərdə hərbi dərslərin keyfiyyəti ciddi şəkildə artırılmalıdır”

"Ordu quruculuğu sahəsində çox böyük işlər görülür. Xüsusi ilə sərhədyanı bölgələrdə insanların hərbi birləşmələrdə müqavilə əsasında işə qəbul olunması çox müsbət haldır. Bəzi işlər var ki, onu əsgərlər deyil işçilərin cəlb edilməsi daha vacibdir". SİA-nın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

Millət vəkili deyib ki, müqavilə əsasında işə götürülmələrin artması da magistrların işinə təkan verə bilər: "Təhsildən ayrılıb yenidən təhsilə qayıtmaq çətindir. Magistrlar təhsildən ayrılmadan təhsillərini bitirməlidirlər və daha sonra hərbi xidmətlərini yerinə yetirə bilərlər. İnsanlar bu sualın cavabını gözləyirlər".

Q.Paşayeva qeyd edib ki, məktəblərdə hərbi dərslərin keyfiyyəti ciddi şəkildə artırılmalıdır: "Hərbi dərslərin xarakteri tamamilə dəyişdirilməlidir. Formal dərslərdən gerçək mahiyyəti olan hərbi dərslərə keçməliyik. Məktəblilər psixoloji, ideoloji və fiziki olaraq hazırlanmalıdır. Müdafiə və Təhsil nazirlikləri birgə iş apararaq müvafiq addımlar atmalıdır. Hər bir rayonda mərkəzlər yaratmaq olar. Ay ərzində bir neçə dəfə məktəbliləri bu mərkəzlərə gətirməklə onlara gerçək biliklər vermək mümkün olar. Bu isə gənclərimizin orduya daha hazırlıqlı gəlməsinə imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə