Milli Məclis bir sıra sazişləri təsdiq edib

Milli Məclis bir sıra sazişləri təsdiq edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament bir sıra saziş, memorandum və bəyannamələri təsdiq edib. SİA-nın məlumatına görə, "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair" saziş, "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə" Kredit Sazişi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamənin, "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında" Memorandum, Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokol, Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsi, "Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında" Birgə Bəyannamə, "Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında" sazişi müzakirələrdən sonra təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə