Bu ilin 24 dekabr tarixində BƏƏ Dövlət İnformasiya Agentliyində (WAM) "Azərbaycanın ölkədəki səfiri: Bakı 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir" sərlövhəli məqalə işıq üzü görüb. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, məqalədə səfir E.Qəhrəman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son 10 il ərzində həyatın bütün sahələrində, eləcə də idman sahəsində nəzərəçarpan inkişafın müşahidə edildiyini yazaraq, dövlət başçımızın idman sektorunun inkişafına olan diqqət və marağın məntiqi nəticəsidir ki, göstərilən dövr müddətində Azərbaycanın mötəbər beynəlxalq və Avropa yarışlarını qəbul etdiyini və 2015-ci ildə Birinci Avropa Oyunlarına və Şahmat üzrə Dünya Kubokunun, eləcə də 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və futbol üzrə AÇ-2020-nin final mərhələsinin 4 oyununa ev sahibliyi edəcəyini oxucuların diqqətinə çatdırıb, bütün bunların da dövlətimizin müsbət idman imicini genişləndirdiyini və ölkəmizdə idman hərəkatının dünya idman ictimaiyyəti tərəfindən dəstəkləndiyinə və yüksək dəyərləndirildiyinə dəlalət etdiyini önə çəkib.
Sonra səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi altında Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi kimi nüfuzlu təşkilatlar və digər idman qurumları ilə sıx əlaqələr qurduğunu əsas tutaraq, bu əlaqələr sayəsində beynəlxalq idman təşkilatlarının rəhbərlərinin paytaxtımız Bakıya səfərlərinin dinamikasının və ölkəmizdə keçirilən mötəbər turnirlərin sayının yüksələn xətlə inkişaf etdiyini yazıb.
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 2015-ci ildə Birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının da dünya idman ictimaiyyətinin ölkəmizdə idman və bədən tərbiyəsi sahəsində görülən işlərə və əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdən irəli gəldiyinə diqqəti çəkərək, həmin qərarın Baş Assambleyada keçirilmiş səsvermə zamanı 48 ölkədən 38 ölkənin öz səslərini Azərbaycanın xeyrinə verilməsi nəticəsində qəbul edildiyini oxuculara məlumat üçün bildirib.
Daha sonra E.Qəhrəman "Bakı 2015 Birinci Avropa Oyunları" haqqında ətraflı məlumatlar təqdim etdiyi zaman bu oyunlara məsul olan Təşkilat Komitəsinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulduğunu və komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrlik etdiyini bildirərək, bu möhtəşəm tədbirin uğurla keçirilməsinin təmin edilməsi üçün Mehriban xanım Əliyevanın böyük rol oynadığını, oyunların keçiriləcəyi idman obyektlərində inşaat və tikinti işlərinin gedişatını yaxından izlədiyini oxucuların nəzərinə çatdırmış, Azərbaycanın birinci xanımının rəhbərliyi ilə Avropa Oyunları Təşkilat Komitəsinin Fransa, Almaniya, Yunanistan, Türkiyə kimi Avropanın ölkələrində "Bakı 2015 Birinci Avropa Oyunları"nın təqdimatlarının keçirildiyini qeyd edib.
Birinci Avropa Oyunlarının digər mötəbər idman yarışları kimi, yüksək səviyyədə təşkili məqsədilə 2 fevral 2013-cü il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasının keçirildiyini bildirən E.Qəhrəman dövlət başçımızın yeni idman obyektlərinin və infrastrukturunun yaradılmasının, o cümlədən mövcud obyektlərdə yenidənqurma işlərinin, habelə yeni yol infrastrukturunun yaradılmasının gedişatını bilavasitə izlədiyini, mütəmadi qaydada işlərin aparıldığı ərazilərə baş çəkdiyini qeyd edib.
Məqalənin yekununda "Bakı 2015 Birinci Avropa Oyunları"nın rəsmi loqosu və simvolları barədə məlumat verilib.
(http://www.wam.ae/ar/news/sports/1395274278757.html).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB