Asim Mollazadə: “Ermənistan müharibəyə köklənmiş siyasətini davam etdirir”

Asim Mollazadə: “Ermənistan müharibəyə köklənmiş siyasətini davam etdirir”

"Ermənistan müstəqil ölkə deyil və tam nəzarət altında olan hərbi forpost kimi fəaliyyətini davam etdirir. İstisna deyil ki, forpost Ermənistanın sahibləri öz siyasətini həyata keçirərək Ermənistanı zamanla belə təxribatlara cəlb edir". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə erməni diversantlarının son günlər cəbhədə yenidən fəllaşmalarının səbəblərini şərh edərkən deyib.

"Ermənistan heç vaxt təxribatçı əməllərindən əl çəkməyib. Ola bilər ki, hansısa məqamda fasilələr verib. Ancaq sonra yenidən bu fəaliyyətlərini davam etdirirlər. Ermənistan siyasətində heç bir dəyişiklik etmir, danışıqlar prosesinin imitasiyası ilə məşğuldur. Yəni, Ermənistan müharibəyə köklənmiş siyasətini davam etdirir" -deyə, A. Mollazadə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə