BAXCP rəsmisi: “Buna siyasi don geyindirmək kökündən yanlışdır”

BAXCP rəsmisi: “Buna siyasi don geyindirmək kökündən yanlışdır”

"Ümumiyyətlə, Azərbaycan qanunvericiliyini əsas götürərək deyə bilərik ki, "Azadlıq Radiosu" ölkəmiz ərazisində hər hansı bir formada fəaliyyət göstərmək, eyni zamanda ölkənin daxili işlərinə qarışmaq hüququna malik deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, bu günə qədər adı çəkilən radionun fəaliyyəti Azərbaycan qanunvericiliyinin əleyhinə olub: "Bu radionun fəaliyyətində ölkənin daxili proseslərində konkret tərəf kimi iştirakı da nəzərə çarpırdı. Konkret olaraq Xədicə İsmayıl və radionun digər əməkdaşlarının fəaliyyətində Azərbycanın daxili siyasətində radikal müxalifətin mövqeyindən çıxış etmək meylləri olub. Hər zaman bu özünü açıq-aşkar büruzə verir. Eyni zamanda əgər, hər hansı bir media qurumu Azərbaycan ərazisində fəaliyyət göstərirsə, kimliyindən və fəaliyyətindən asılı olmayaraq onun fəaliyyətində neqativ əlamətlər varsa, bu əlamətlərin araşdırılmasının missiyası da birbaşa Azərbaycan hüquq-mühafizə orqanlarının üzərinə düşür. İndiki şəraitdə qanun qarşısında cavab verən Azərbaycan vətəndaşları kimi və ya Azərbaycan vətəndaşı olmayan, bu ölkədə yaşayan şəxslər kimi "Azadlıq Radio"sunun nümayəndələri, eyni zamanda bu radionun Azərbaycandakı qeyri-qanuni bürosu məsuliyyət daşıyır. Əgər bu məsuliyyətə uyğun olaraq addımlar atılırsa, buna siyasi don geyindirmək kökündən yanlışdır. Eyni zamanda Azərbaycana qarşı qərəzdən xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə