Hərbi ekspert erməni təhlükəsindən danışdı

Hərbi ekspert erməni təhlükəsindən danışdı

"Əgər Türkiyə höküməti qardaş ölkəyə köç edən erməni ailələrinin qarşısını almasa, çox ciddi nəticələr yaşanacaq. Bəlkə də ermənilər bunu məqsədli şəkildə edirlər. Çünki ermənilərin Türkiyəyə qarşı böyük iddiaları var". Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin aprel ayına ermənilər çox ciddi şəkildə hazırlaşırlar: "Ola bilsin ki, minlərlə erməni Türkiyəyə köçməklə qondarma "erməni soyqırımı"nın növbəti il dönümündə kütləvi iğtişaşlar törətmək istəyəcəklər. Türkiyə höküməti bunun mahiyyətini dərk etməlidir. Əgər ermənilərin köçünün qarşısı alınmasa, bu, qardaş dövlət üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq. Həmçinin Türkiyə dövləti Qarabağ Azərbaycana qaytarılana qədər Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini də birdəfəlik bağlamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə