Elşən Musayev: “Müəyyən qrupların dəstəyi ilə Azərbaycana təzyiqlər göstərmək kişilik prinsiplərinə uyğun gəlmir”

Elşən Musayev: “Müəyyən qrupların dəstəyi ilə Azərbaycana təzyiqlər göstərmək kişilik prinsiplərinə uyğun gəlmir”

"Müxalifət nümayəndələrinin dilindən çox uzun illərdir Qərb dövlətlərinin Azərbaycana sanksiya tətbiq edəcəyi barədə fikirlər səslənir. Bu cür fikirlərin səsləndirilməsində əsas məqsəd müxalifət rəhbərlərinin qeyri-leqal fəaliyyəti, durumu, xarici təşkilatların və yaxud da dövlətlərin təzyiqi nəticəsində hakimiyyətə gəlmək istəyidir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev bildirib.

Son zamanlar müxalifət mətbuatında iri dövlətlərin və Beynəlxalq təşkilatların Azərbaycana sanksiyalar tətbiq edəcəyi barədə fikirlərə münasibət bildirən E.Musayev qeyd edib ki, müxalifət rəhbərlərinin heç bir siyasi resursları, kontingentləri qalmayıb: "Son bələdiyyə seçkilərində də bu açıq aşkar göründü. Təbii ki, bu durumda müxalifət nümayəndələri Qərbdə olan qəyyumlarına ümid bağlayıb Azərbaycanda hər hansısa bir dəyişiklik olacağını gözləyirlər. Siyasi arenada "kişilik" anlamı da müəyyən dərəcədə rol oynayır. Müəyyən qrupların dəstəyi ilə Azərbaycana qarşı hər hansısa təzyiqlər göstərmək istəyi nəinki siyasətə həm də kişilik prinsiplərinə uyğun gəlmir. Qərb dövlətlərinin Azərbaycana sanksiyalar tətbiq edəcəyi barədə olan fikirlər müxalifət rəhbərlərinin Azərbaycan vətəndaşlarını qırğına vermək, öz maraqları naminə bu millətə, dövlətə zərbə vurmaq istəyindən doğan arzulardır. Bu cür mənbəyi olmayan fikirlərin səslənməsinə heç Qərb ölkələrinin özləri də inanmırlar. Ümumiyyətlə beynəlxalq təşkilatlar Əli Kərimli və "Azadlıq" qəzetinin müxbirləri ağılda deyillər. Onlar reallığı anlayır, Azərbaycanın uğurlu inkişaf yolunu görür və bu cür uydurma fikirlərə heç münasibət də bildirmirlər. Müxalifət mətbuatında yer alan bu fikirlər nağıldan və mifdən başqa heç bir şey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə