Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi seçici fəallığı ilə bağlı son məlumatı açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, seçkidə 1876014 seçici iştirak edib.
Onun sözlərinə görə, ölkə üzrə seçici fəallığı 38.93 faiz təşkil edib.
Rüfət Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə 138 müraciət daxil olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB