Səsvermənin saat 17:00-a olan nəticələri açıqlanıb

Səsvermənin saat 17:00-a olan nəticələri açıqlanıb

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi saat 17:00-a olan seçici fəallığını açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17:00-dək seçicilərin 1753394 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 17:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 36.38 faiz təşkil edib: "Ən fəal seçki dairəsi 53 saylı Quba-Qusar seçki dairəsidir ki, artıq 48.28% faiz seçici səs verib. Ən passiv 21 saylı Nəsimi birinci seçki seçki dairəsidir ki, 26.93% faiz seçici səs verib.

Rüfət Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə 116 müraciət daxil olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".

Qeyd edək ki, seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verir. Səsvermə məntəqələri saat 08:00-da açılıb, 19:00-da isə bağlanacaq

Xatırladaq ki, MSK 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı sonuncu məlumatı açıqlayacaq

Bütün xəbərlər Facebook səhifəmizdə