Narazı qalmaq üçün səbəb yoxdur

Narazı qalmaq üçün səbəb yoxdur

"Demokratik seçki ənənəsi bu gün də təkrarlanmaqdadır". Bunu SİA-ya açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı məntəqəsinin sədri Nigar Əkbərova deyib. N.Əkbərova bildirib ki, məntəqə ərazisi üzrə 1379 seçici yaşayır. Saat 14:30-a qədər 410 seçici səsvermə hüququndan istifadə edib: "17 bələdiyyə yeri uğrunda 57 namizəd mübarizə aparır. Seçicilər azad şəkildə məntəqəyə gələrək istədikləri namizədə səs verirlər".

Müşahidəçilərdən YAP üzvü Nəcəf Nəbiyev, müstəqil müşahidəçi Mənsur Bərxudarov da məntəqədə demokratik seçki mühitinin yaradıldığını və insanların azad şəkildə iştirak etdiklərini söyləyiblər: "Narazı qalmaq üçün səbəb yoxdur. Proses Seçki Məcəlləsinin tələblərinə uyğun gedir".

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə