Saat 15:00-a olan nəticələr

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi saat 15:00-a olan seçici fəallığını açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 15:00-dək seçicilərin 1563357 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 15:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 32.44 faiz təşkil edib: "Ən fəal seçki dairəsi 53 saylı Quba-Qusar seçki dairəsidir ki, artıq 44.64% faiz seçici səs verib. Ən passiv ərazi 21 saylı Nəsimi birinci seçki dairəsidir ki, 22.64% faiz seçici səs verib.

Rüfət Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə 80-dən artıq müraciət daxil olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".

Qeyd edək ki, seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verir. Səsvermə məntəqələri saat 08:00-da açılıb, 19:00-da isə bağlanacaq

Xatırladaq ki, MSK gün ərzində daha 2 dəfə 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə