Prezident və xanımı səs verdilər FOTOLAR

Prezident və xanımı səs verdilər FOTOLAR

Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür. SİA-nın məlumatına görə, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib.

Prezident İlham Əliyev səs verib.

Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə