Dekabrın 23-də saat 08:00-da 153 seçki məntəqəsində Sumqayıt, Corat və H. Zeynaləbdin qəsəbə bələdiyyələrinə növbəti seçkilərə start verilib. Vətəndaşlıq borcunu yerinə yetirmək üçün səhər tezdən seçki məntəqələrinə gələnlər arasında veteranlar və ağsaqqallar da vardı. Xoş ovqatlı bu insanlar təəssüratlarını bölüşərək bildiriblər ki, yerli özünüidarəetmə orqanlarına seçkilər vacib məsələdir.
Seçkilərin başlanmasına bir neçə saat qalmış şəhərin telekommunikasiya şəbəkəsinin əməkdaşları seçki məntəqələrinin sədrləri ilə birlikdə məntəqələrə baş çəkib, seçkilərin gedişini müşahidə etmək üçün quraşdırılmış veb-kameraları bir daha yoxlayaraq, müvafiq texniki avadanlığı tənzimləmiş, onların sabit işləməsinin təmin edilməsi üçün zəruri tədbirlər görüblər.
Əlillərin seçki prosesində iştirak etmələri üçün müvafiq məntəqələrdə panduslar quraşdırılıb, habelə gözdən əlil olan şəxslər üçün isə Brayl əlifbası ilə xüsusi bülletenlər hazırlanıb.
Coratda yerləşən 30 saylı seçki məntəqəsinin sədri Təranə Haqverdiyevanın verdiyi məlumata görə, burada seçkilər 6 nəfər yerli müşahidəçinin iştirakı ilə başlayıb. Bu seçki məntəqəsi 41 saylı Sumqayıt birinci seçki dairəsinin əhatə etdiyi ərazidə yerləşir. Ərazidə 1448 nəfər seçici qeydə alınıb. Onlardan 8-zi ilk dəfə səs verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB