“Təhsil və media dialoqu” mövzusunda konfrans keçirilib TƏDBİR-FOTOLAR
Bu gün Bakı Ali Neft Məktəbində "Təhsil və media dialoqu" mövzusunda praktik konfrans keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, İnformasiya şöbəsinin mütəxəssisi Samir Paşayev və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq bu günü əlamətdar gün kimi qiymətləndirib. E. Qasımov qeyd edib ki, BANM-nin yaradılmasında məqsəd Azərbaycanda yüksək ixtisaslı, müasir biliklərə yiyələnən və dünya səviyyəli yerli mütəxəsislərin hazırlanıb cəmiyyətimizə təqdim etməkdir: "BANM hər zaman KİV ilə münasibətlərin, əməkdaşlığın qurulmasında da maraqlıdır".
Daha sonra Bakı Ali Neft Məktəbi haqqında videoçarx nümayiş olunub.
Ali Neft Məktəbinin Medianın təhsildəki rolu və əhəmiyyəti barədə, eyni zamanda mediada təhsillə bağlı məlumatların ictimailəşdirilməsi ətrafında gedən müzakirələrdə çıxış edən "APA Holdinq"-in baş direktoru Vüsalə Mahirqızı "Onlayn mediada nə üstündür-tezbazar, yoxsa...", Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin RTV kafedrasının müdiri Aynur Kərimova "Sosial media mediadırmı?" mövzusunda geniş məruzə ilə çıxış ediblər.
Tədbir diskusiyalar ətrafında başa çatıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB