MSK sədri: "Seçki ölkənin daxili işlərinə müdaxilə etmək imkanı verir”
"Seçkilər yeganə vasitədir ki, ölkənin daxili işlərinə bu və ya digər dərəcədən müdaxilə etmək imkanı verir". SİA-nın xəbərinə görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
M. Pənahovun sözlərinə görə, bu gün dünyada qoşun çəkib ölkənin sərhədlərini pozmaq tendensiyası yoxdur: "Yeganə vasitə seçkilərdir. Bu da onunla bağlıdır ki, demokratiyaya əsasən seçki heç bir ölkənin daxili işi deyil. Ona görə də məsuliyyətli olmalıyıq ki, ölkəmiz kənardan baxanda pis görünməsin. Ölkəmizin müstəqil yaşaması üçün imkanlarımızdan istifadə etməliyik, buna savadımız, dünyagörüşümüz çatır".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB