"Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qanunla fəaliyyət göstərir. AXCP-nin isə necə və hansı formada fəaliyyət göstəridiyi bəlli deyil". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "VHP, "ÜMİD" və sairə partiyaların qeydiyyatının ləğv edilməli olduğu ilə bağlı iddiasına cavab verən S. Rüstəmxanlı qeyd edib ki, ilk olaraq normal müxalifət partiyası kimi fəaliyyət göstərmək lazımdır: "Biz də bunu normal şəkildə işləyirik, fəaliyyətimiz göz qabağındadır. Onların vaxtilə etdiklərinin nəticələri göz qabağındadır. Fuad Qəhrəmanlı qanunun əvəzinə danışa bilməz. Belə atmacalarla özlərini gülünc vəziyyətə qoymasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB