Ekspert: “Dünyanın siyasi xəritəsi dəyişəcək”

Ekspert: “Dünyanın siyasi xəritəsi dəyişəcək”

"Bu gün dünyada baş verən proseslər dünya siyasi xəritəsinin dəyişiləcəyi ehtimalını daha da artırır. Böyük dövlətlər, xüsusilə ABŞ, İngiltərə, Rusiya dünyada bundan sonra baş verəcək bütün pis olayların əsas səbəbkarları olacaqlar". Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.

Onun sözlərinə görə, bu gün dünyada ən çox pul təxribatlara sərf olunur: "Məsələn, dünyanın müxtəlif ölkələrində təxribatlara ən çox pul xərcləyən dövlətlərdən biri də ABŞ-dır. Bu dövlət bəşəriyyətdə sülh və əmin-amanlığa əsas təhlükələrdəndir. Baxın, birinci və ikinci dünya müharibəsindən öncə dövlətlər arasındakı soyuq müharibənin böyük elementləri bu gün də özünü büruzə verir. Ancaq bu o demək deyil ki, üçüncü dünya müharibəsi baş verəcək. Sadəcə böyük dövlətlərin apardığı siyasət dünya xəritəsində çox ciddi dəyişiklərə gətirib çıxaracaq. Dünyaya inqilablar ixrac edən böyük dövlətlərin öz sərhədləri də ağlagəlməz dərəcədə dəyişəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə