YAP namizədləri QHT nümayəndələr iilə görüşüb

YAP namizədləri QHT nümayəndələr iilə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayonunda fəaliyyət göstərən müxtəlif Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə 23 dekabr 2014-cü il tarixində keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş gənclərin görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bələdiyyə seçkilərinə qısa bir müddətin qaldığını, 22 dekabr tarixində təbliğat-təşviqat kampaniyasının sona çatacağını, bu günə qədər təbliğat kampaniyası çərçivəsində həm seçicilər, həm də müxtəlif sosial qruplardan olan vətəndaşlarla Binəqədi rayonunda bir sıra görüşlərin keçirildiyini qeyd edib. O bələdiyyə seçkilərinin əhəmiyyəti haqda danışaraq, dünyanın inkişaf etmiş ölkələrində bələdiyyələrin dövlət idarəçiliyində mühüm rolundan danışıb. Natiq Azərbaycanda 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkilərindən bu günə qədər yerli özünüidarəetmə orqanlarının strukturunun formalaşdığını və təşəkkül tapdığını bildirib.

Rayon Partiya Təşkilatının sədri bələdiyyə seçkilərində iqtidar partiyası olan YAP-ın namizədlərinin savadlı, vətənpərvər, dünyagörüşü geniş olan, ali təhsilli şəxslərdən və əsasən də gənclərdən ibarət olduğunu vurğulayıb. Ramiz Göyüşov Binəqədi rayonu üzrə beş bələdiyyədə ötən 2009-cu il seçkilərindən fərqli olaraq ümumilikdə 73 deyil, 79 üzv yerinə seçkilərin keçiriləcəyini, bu rəqəm artımının son beş ildə rayonun əhalisinin artması ilə bağlı olduğunu bildirib. O beş bələdiyyə üzrə bütün yerlərə YAP –namizədlərinin irəli sürüldüyünü vurğulayıb.

Ötən on il ərzində Azərbaycanın uğurlu inkişafı haqda danışan Ramiz Göyüşov ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu, ən iri layihələrin Azərbaycanın təşəbbüsü ilə reallaşdığını, ölkəmizin kosmik peykə malik azsaylı dövlətlərdən biri olduğunu bildirib. O YAP Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkədə işsizliyin kəskin azaldığı, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm irəliləyişlərin olduğu haqda danışıb.

Binəqədi rayonunun sürətlə inkişaf etdiyini, rayonda əhalinin məmnunluğunun təmini, asudə vaxtının səmərəli təşkili, rayon gənclərinin fiziki və mənəvi inkişafı ilə bağlı müxtəlif tədbirlərin təşkil edildiyini qeyd edən Sədr Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər haqda danışıb, bu tədbirlərdə rayonda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakını qeyd edib. O bələdiyyələrin gələcək inkişafı ilə bağlı Binəqədidə xüsusi proqramın hazırlandığını və seçkidən sonra yerli özünüidarəetmə orqanlarının gələcək inkişafına nail olmaq üçün bu proqramın tətbiq olunacağını qeyd edib.

Sədr bələdiyyə seçkilərində hər kəsin fəal olacağına, səsvermə günü YAP namizədlərinə səs verəcəyinə və son nəticədə Binəqədi rayounun ümumi seçki nəticələrində öncül yerdə qərarlaşacağına inandığını bildirib.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə seçkilərində namizədliyi irəli sürülən İlham Qayıbov, Salman Umudov, Samirə Mustafayeva özləri haqda məlumat verərək bələdiyyə seçkilərində iştirakdan qürur duyduqlarını bildiriblər.

Binəqədi rayon Ağsaqqalar Şurasının sədr müavini Aydın Alıyev, Binəqədi rayon Veteranlar Şurasının sədr müavini Asim Vəliyev, Binəqədi rayonu Təhsil işçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Almaz Hacıyeva və Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə bələdiyyə seçkiləri haqda danışaraq seçkidə YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi seçkidə aktiv olmağa səsləyiblər.

Sonra görüş QHT nümayəndələrinin namizədlərə müxtəlif suallar verməsi şəraitində davam etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə