Naftalanlıların seçimi Yeni Azərbaycan Partiyasıdır

YAP Naftalan şəhər təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə növbəti görüşünü keçirib
Naftalanlıların seçimi Yeni Azərbaycan Partiyasıdır

Bu gün Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının Seçki Qərargahı seçicilərlə növbəti görüşünü keçirib. Görüşü giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının və Seçki Qərargahının sədri Hatəm Qocayev bildirib ki, bələdiyyələr yerli demokratiyanın inkişafında böyük rol oynayır və buna görə də, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər diqqət mərkəzindədir: "Azərbaycanda yerli özünüidarəetmə inistutunun yaradılmasından 15 il ötür. Bu illər ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçib, Onların fəaliyyətinin təkmilləşdirilməsi üçün dövlət tərəfindən zəruri addımlar atılıb, qanunvericik bazası yaradılıb. Son dövrlərdə isə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Artıq bələdiyyələrin formalaşdırılması və fəaliyyətində Yeni Azərbaycan Partiyası kifayət qədər təcrübəyə malikdir. YAP Naftalan şəhər təşkilatı da bu kanpaniyaya tam hazırdır. Partiyanın İcra Katibliyinin seçkilərlə bağlı verdiyi tövsiyə və tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək üçün şəhər təşkilatının hər bir üzvü səfərbər edilib".

H.Qocayev çıxışının sonunda seçiciləri fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Görüşdə millət vəkili Rafiq Məmmədhəsənov çıxış edərək, özünüidarəetmə orqanları bir struktur kimi, 1999-cu ildə yaradıldığını bildirdi. Bələdiyyələrin əsas vəzifəsini görüş iiştirakçılarına izah edən millət vəkili bələdiyyələrin vətəndaşlara xidmət etdiyini bildirdi. O, qeyd etdi ki, bu baxımdan, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyət düşür. Bələdiyyələr yerlərdə işlərin görülməsi, həyata keçirilməsi, insanlara xidmət göstərilməsi ilə bağlı təcrübələr əldə ediblər və onların bu işlərdə də müəyyən xidmətləri var. YAP bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" şüarı ilə gedir. Yeni Azərbaycan Partiyasının, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbəsi mütləqdir".

Görüşdə çıxış edən Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib ki, bu ilin ən mühüm siyasi kampaniyalarından biri bələdiyyə seçkiləridir. Yeni Azərbaycan Partiyasının bu seçkilərə də hərtərəfli və ciddi hazırlaşdığını bildirən millət vəkili qeyd edib ki, partiya mövcud potensiyalını səfərbər edərək bələdiyyə üzvülüyünə namizədlər irəli sürüb. Natiq vurğulayıb ki, YAP cəmiyyətdə öz rolunu sübüt etməklə yanaşı, həm də seçki kampaniyasına ciddi hazırlıqlı olduğunu nümayiş etdirir.

Sonda seçicilər çıxış edərək, Yeni Azərbaycan Partiyasına güvəndiklərindən və ona yüksək etimad göstərdiklərindən və YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə