Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi keçirilib. SİA-nın məlumatşna görə, Məclisdə təşkilati məsələlərə baxılıb, "Müasir iqtisadi şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təkmilləşdirilməsində həmkarlar ittifaqlarının rolu" mövzusunda məruzə dinlənilib.
AHİK sədri, millət vəkili Səttar Mehbalıyev II Məclisdə çıxış edərək deyib ki, son illərdə respublikamızda sosial-iqtisadi inkişaf, ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər həmkarlar ittifaqlarının dövlət və işə götürənlərlə münasibətlərini daha da yaxşılaşdırıb. Bildirilib ki, AHİK-nın IV qurultayında layiqli əməyin konseptual əsasları bəyənilib ki, onun ds əsas elementlərindən bəziləri əməyin mühafizəsi qaydalarına riayət olunması ilə bağlıdır. İctimai-həmkarlar ittifaqı mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə qabaqcıl texnologiyaların tətbiq edilməsi, həmkarlar ittifaqı fəallarının təhsilinin yeni fornalarının axtarışı, əməyin mühafizəsi üzrə baxış-müsabiqələrinin keçirilməsi məsələlərinə xüsusi diqqət yeririlməsi təklif edilib.
S. Mehbalıyev deyib ki, sənaye ili elan olunan 2014-cü il Azərbaycanın sənayeləşdirilməsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub: "Ölkə Prezidentinin sərəncamına əsasən sənayenin inkişaf etdirilməsinə dair Dövlət Proqramı hazırlanıb. Proqramda "Azərbaycan-2020: gələcəyə baxış" uzunmüddətli inkişaf konsepsiyasının istiqamətləri əsas götürülüb".
Sonra AHİK Məclisinin tərkibinə dəyişiklik edilib. Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı Respublika Komistəsi AHİK üzvlüyünə qəbul olunub. Bununla belə, AHİK İcrayə Komitəsi və AHİK Təftiş Komissiyasının tərkibinə dəyişiklik edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB