Malta Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Malta Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Dekabrın 17-də Malta Respublikasının Baş naziri Cosef Muskatın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. SİA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Malta Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Malta Respublikasının Baş naziri Cosef Muskatı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə