“Qanunsuz əməllərin qarşısının alınması istiqamətində iş aparılır” AÇIQLAMA

“Qanunsuz əməllərin qarşısının alınması istiqamətində iş aparılır” AÇIQLAMA

"Baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən "ToursbyLocals" şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən zəruri etiraz tədbirləri görülüb". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyevin sözlərinə görə, görülmüş tədbirlər nəticəsində "ToursbyLocals" şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb və şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılıb: "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin daim diqqət mərkəzindədir və bu kimi qanunsuz əməllərin qarşısının alınması istiqamətində davamlı iş aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə