Elman Nəsirli: “Bu, amerikalı həmsədrin acı bir etirafıdır” AÇIQLAMA
"Artıq ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidlərin azalmasını özü də etiraf edib". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Ceyms Uorlikin "twitter" səhifəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçrədə görüşünün baş tutmamasının Dağlıq Qarabağ münaqişəsinin həllinə artıq ümidlərin azaldığına dair fikirlərinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun 1992-ci ildən bu yana fəaliyyətində heç bir uğurlu nəticənin olmaması hər kəsə bəllidir: "Təbii ki, Ceyms Uorlik İsveçrənin Bazel şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutmamasından sonra bu nəticəyə gəlib. Əslində orada ən yüksək səviyyəli görüşlər belə, nəticəsiz qaldı. Çox maraqlıdır ki, C. Uorlik nəyə görə, prezidentlər səviyyəsində görüşdə heç bir nəticə olmayanda bu fikirləri söyləmirdi amma indi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçrədə görüşünün baş tutmamasının Dağlıq Qarabağ münaqişəsinin həllinə artıq ümidlərin azaldığına dair fikirlər səsləndirir? Hesab edirəm ki, bu, artıq amerikalı həmsədrin acı bir etirafıdır. Bu, həm də onun etirafıdır ki, artıq Rusiya – ABŞ münasibətləri çox soyuq bir hal alıb. Bu mənada hesab edirəm ki, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq institutların özü belə, çox ciddi böhran keçirir. ATƏT və onun Minsk qrupu da həmin böhranın mərkəzində olan strukturlardan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB