Politoloq: “Heç kəs Rusiyanın imperiya siyasətinin qurbanı olmaq istəmir” AÇIQLAMA
"Avrasiya Gömrük İttifaqının yarandığı gündən effektsiz olacağını dediyimdən çox keçməmiş bu proqnozum reallaşmağa başladı. Belə ki, Belarus Respublikası Rusiya ilə aralarındakı gömrük məntəqələrinin bərpasına başlayıb". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, Rusiya tərəfinin Belarusdan Qazaxıstana gedən tranzit mallarının baxışdan keçmədən buraxmaması səbəbindən Lukaşenko 2011-ci ildə aradan qaldırılmış gömrük postlarının bərpasına qərar verib: "Bu qərar bir daha sübut edir ki, heç kəs Rusiya hakimiyyətinin imperiya siyasətinin qurbanı olmaq istəmir. Bir zamanlar Rusiyanın tərkibinə qatılmaq haqqında düşünən Belarus rəhbərliyi artıq nəinki bu fikirdən vaz keçib, hətta sərhəd keçid məntəqələrinin bərpasına qərar verib. Azərbaycan Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Qərbin ünvanına səsləndirdiyi iradlardan sonra Qərb diplomatlarının "Biz Azərbaycanın müstəqilliyin dəstəkləyirik və Azərbaycanla Qərbin əməmkdaşlığı yüksələn xəttlə inkişaf edir" kimi bəyanatlarını eşitmək doğrusu Prezident İlham Əliyevin Qərblə münasibətlərdə və inteqrasiya istiqamətində seçdiyi kursun düzgün olduğu anlamını verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB