Almaz Əliqızı: “Nə istəyirlərsə, özləri bilər” AÇIQLAMA

Almaz Əliqızı: “Nə istəyirlərsə, özləri bilər” AÇIQLAMA

"Hərəkat ayrıca partiya fəaliyyəti deyil. İstər Qubad bəy, istərsə də onun yanında olan adamlar bu gün də Müsavatın sıralarında qalmaqdadırlar". SİA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının Məclis üzvü Almaz Əliqızı başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına münasibət bildirərkən deyib. Məclis üzvü qeyd edib ki, o bu məsələlərə qarışmaq fikrində deyil: "Nə istəyirlərsə, özləri bilər. Düşündüyüm Müsavatı düşdüyü bu vəziyyətdən necə çıxarmaqdır".

Xatırladaq ki, Qubad İbadoğlunun təsis etdiyi hərəkat barədə partiyadakı fikirlər birmənalı səsləndirilmir. Bir tərəf bu hərəkatın partiyanın nizamnaməsinə heç bir ziddiyyət təşkil etmədiyini desə də, digər tərəf bunu qəbul etmir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə