Rasim Musabəyov: “Gündəlikdə ermənilərlə müzakirə ediləcək heç nə yoxdur” AÇIQLAMA

Rasim Musabəyov: “Gündəlikdə ermənilərlə müzakirə ediləcək heç nə yoxdur” AÇIQLAMA

"Ermənilərlə oturub nəyisə müzakirə etməyə gündəlikdə heç bir şey yoxdur". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın İsveçrədə birgə görüşünün baş tutmamasına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri İsveçrədə ayrı-ayrılıqda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşsələr də, onların birgə görüşü baş tutmadı. Təbii ki, bu da o deməkdir ki, ermənilərlə oturub nəyisə müzakirə etməyə gündəlikdə heç bir şey yoxdur".

ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasına da toxunan Rasim Musabəyov bildirib ki, bu iclas heç də Azərbaycan üçün uğurlu nəticə ilə yekunlaşmadı: "Onsuzda onlar hər il mütəmadi olaraq görüşürlər. Axı bu vaxta kimi onların görüşlərinin hansı faydası olub ki, bu görüşün də mühüm əhəmiyyəti olsun?".

Bütün xəbərlər Facebook səhifəmizdə