Bu gün Ümumdünya Gömrük Təşkilatı Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclası keçirilib. SİA-nın məlumatına görə, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində təşkil olunan tədbirə Azərbaycan da daxil olmaqla, 21 iştirakçı ölkənin, eləcə də Avropa Komissiyası və Ümumdünya Gömrük Təşkilatının nümayəndə heyətləri qatılıb.
ÜGT-nin Potensialının Gücləndirilməsi üzrə Avropa Regional ofisində, iclasın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədrinin müavininin ofisinin nümayəndəsi Jean-Michel Grave və Ümumdünya Gömrük Təşkialtı Katibliyinin nümayəndəsi Roger Hermann iştriak edib.
İki gün davam edəcək iclas zamanı ÜGT strategiyası və prioritetləri, gömrük sisteminin modernləşdirilməsi və təşkilati inkişaf, potensialın gücləndirilməsi üzrə milli əlaqələndirici şəxslərin rolu və vəzifələri, potensialın gücləndirilməsinə regional yanaşma və s. məsələlər müzkairə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB