Yunanıstan və Türkiyə birgə razılığa gəlib

Yunanıstan və Türkiyə birgə razılığa gəlib

Azərbaycan qazının Avropaya tədarükü üçün Yunanıstan və Türkiyə boru şəbəkəsinin genişləndirilməsinə dair razılığa gəliblər.

SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Yunanıstan -Türkiyə Ali Əməkdaşlıq Şurasının 3-cü iclasının yekununda imzalanan bəyanatda qeyd olunur ki, Ankara ilə Afina ikitərəfli və regional əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Sənəddə bildirilir ki, bu istiqamətdəki səylər xüsusi ilə enerji sahəsində cəmləşəcək. Uğurlu əməkdaşlığın ən bariz nümunəsi kimi isə ITGI qaz kəməri layihəsinin icrası (2007-ci ilin oktyabr ayında istifadəyə verilən Yunanıstan-Türkiyə qaz borusu) göstərilib.

Xatırladaq ki,Yunanıstan-Türkiyə Ali Əməkdaşlıq Şurasının 3-cü iclasında Türkiyənin Baş naziri Əhməd Davutoğlu iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə