Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatında YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə seçki qərargahının üzvlərinin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, Zərdab şəhər Mədəniyyət evində keçirilən görüşdə Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədr müavini, Yeni Azərbaycan Partiyası Zərdab rayon qərargahının və təbligat-təşviqat qrupunun üzvü Vüsalə Kərimova qonaqları salamlayaraq, seçkilərin təbliğat-təşviqat mərhələsinə qədəm qoyduğunu və YAP tərəfindən 237 nəfər namizədin qeydə alındığını deyib. Vüsalə Kərimova vurğulayıb ki, əvvəlki illərdə keçirilən bələdiyyə seçkilərində olduğu kimi, bu il keçiriləcək növbəti seçkilərində də Yeni Azərbaycan Partiyası uğurlu qələbə qazanacağına inanırıq.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxışında qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı son illərdə ölkəmizdə aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramlarının uğurlu icrası, sürətli sosial-iqtisadi inkişaf, genişmiqyaslı və çoxsaylı sosialyönümlü layihələrin tətbiqi, əhalinin rifahının yüksəldilməsi naminə atılan müsbət addımlar Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib: "Bu inkişafın davamlı xarakter daşıması üçün hər kəsi 23 dekabrda Yeni Azərbaycan Partiyası namizədlərinə səs verməəyə çağırıram".
Daha sonra Yeni Azərbaycan Partiyasının namizədləri Pərvanə Məmmədova, Şirin Şirinov, Abdul Orucov Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhrələndiklərindən, dövlətimizin milli maraqlarına sadiq qalacaqlarını qeyd ediblər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB