Rauf Əliyev: “Leyla Yunus öz günahı ucbatından həbsxanadadır” AÇIQLAMA

Rauf Əliyev: “Leyla Yunus öz günahı ucbatından həbsxanadadır” AÇIQLAMA

"Hesab edirəm ki, Leyla Yunusa qarşı işgəncələrin, təzyiqlərin olması ilə bağlı səsləndirilən fikirlər onunla əlbir hərəkət edən bəzi qüvvələr tərəfindən ortaya atılıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədr müavini, millət vəkili Rauf Əliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanı istəməyən, ölkəmizdə qarışıqlıq yaratmaq istəyən qüvvələr mütəmadi olaraq Leyla Yunusa bəraət qazandıraraq, ona təzyiqlərin olması, işgəncələrin verilməsi ilə bağlı sərsəm fikirlər yayırlar: "Hətta bu yaxınlarda Ermənistanın Region Tədqiqat Mərkəzinin direktoru, jurnalist Laura Baqdasaryan Leyla Yunusun guya ki, səhhətindən narahat olaraq ona məktub göndərib. L. Yunusa dəstək olan qüvvələr artıq görürlər ki, bu insanın bütün yalanları üzə çıxır. Beləcə onlar alternativ variant kimi, Yunusun müdafiəsinə qalxmağa çalışırlar. Çünki, onlar bu məsələlərdən çox narahatdırlar. Bu gün Leyla Yunus öz günahı ucbatından həbsxanadadır. Onu heç kim yoldan tutub ora salmayıb. Hazırda bu şəxs barəsində istintaq gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə