Səxavət Əlisoy yeni hərəkatın yaradılmasından danışdı

Səxavət Əlisoy yeni hərəkatın yaradılmasından danışdı

"Qubad İbadoğlunun rəhbərliyi altında "Azərbaycan Demokratiya və Rifah" hərəkatının yaradılması Müsavat Partiyasının parçalanmasına gətirib çıxara bilməz". Bu sözləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Səxavət Əlisoy bildirib.

Onun sözlərinə görə "Azərbaycan Demokratiya və Rifah hərəkatı"nın Müsavat Partiyasından ayrılmaqla bağlı bir düşüncəsi yoxdur: "Gələcəkdə bu hərəkatla bağlı nələr olacağını isə bəyənat qəbul edildikdən sonra tam aydınlıqla söyləyə bilərik. Yalnız bundan sonra atacağımız addımlar, "Azərbaycan Demokratiya və Rifah hərəkatı"nın gələcək inkişaf perspektivləri, həmçinin görəcəyimiz işlər barədə qərarlar qəbul olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə