Prezident Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

Prezident Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zaonu qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurların əldə edildiyi vurğulanıb, "BakuTel 2014" telekommunikasiya və informasiya texnologiyaları sərgisinin ənənəvi olaraq hər il Bakıda keçirilməsinin və tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd edilib, sərginin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə