"Xaricdə fəaliyyət göstərən bir sıra "beynəlxalq hüquq-müdafiə təşkilatları"nın, konkret olaraq "Freedom House" təşkilatının əsas məqsədlərindən biri Azərbaycanda qarşıdurmalar yaratmaq, dövlətçiliyin inkişafına maneələr yaratmaqdır". Bu sözləri SİA-ya açıqlamasında "İnsan Hüquqları XXI əsr Fondu"nun sədri Şahin Camalov bildirib.
Xaricdən maliyyələşən müxalifətyönümlü QHT-lərin fəaliyyətinə münasibət bildirən Ş.Camalov qeyd edib ki, xarici qüvvələrin maraqlarına xidmət edən qurumların ifşa olunması "Freedom house", "Human Rights Watch" kimi təşkilatları hər zaman narahat edib: "Bu tip xarici qurumlar Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifətyönlü təşkilatlara donor rolunu oynayır. "SOROS", "Freddom house" hər zaman Azərbaycanda fəaliyyət göstərən müxalifətyönlü QHT-lərə dəstək olublar. Onu da qeyd edim ki, müxalifətyönümlü QHT-lər milyonlarla qrant alırlar. Hətta bir sıra mənbələrdə bu qurumlardan bəzilərinin 3-4 milyon dollarlıq büdcələrə malik olduğu da qeyd olunub".
"Regionların İnkişafı İctimai Birliyi"nin sədri Seymur Quliyev isə mövzuyla əlaqədar olaraq SİA-ya açıqlamasında bildirib ki, xaricdə fəaliyyət göstərən bir sıra "qurumlar" Azərbaycanda öz çirkin ideyalarını, fikirlərini yaymaq üçün məhz ölkəmizdə fəaliyyət göstərən müxalifətyönlü QHT-ləri hər zaman ələ almağa çalışıblar: "Deyə bilərəm ki, onlar artıq istəklərinə nail olublar, bəzi QHT-ləri öz qullarına çeviriblər. Hazırda ölkəmizdə məhz o qurumların ideyalarını yayan, onların sözləri ilə hərəkət edən bu kimi təşkilatlara rast gəlmək mümkündür. Ancaq onların yaydıqları qeyri-ciddi və saxtakar ideyalar, bəyanatlar, çıxışları müasir Azərbaycan cəmiyyətində heç bir zaman qəbul edilə bilməz. Biz birmənalı şəkildə onları qınayırıq, onların qeyri-obyektiv mövqelərini pisləyirik".
"Tətbiqi Tətqiqatlar Fondu"nun prezidenti İbrahim Əliyev isə SİA-ya açıqlamasında "Freedom House" tipli təşkilatların ölkəmizdəki bir sıra QHT-na maliyyə yardımı göstədiyini qeyd edib: "Hazırda bu tipli təşkilatların ifşa olunması da xaricdəki qüvvələri daim narahat edir. Bu cür dırnaqarası təşkilatların ideyaları çox cahil bir düşüncənin məhsuludur. Bu ideyaların ölkəmizdə bəzi "QHT"-lər tərəfindən cəmiyyət içərisində yayılmaq istəyi daim nəticəsiz qalıb. Müasir dövr Azərbaycan gənci bu tipli təxribat xarakterli fikirlərin arxasınca heç bir zaman getməyəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB