MSK sədri: "113 nəfər könüllü şəkildə namizədlikdən imtina edib"

MSK sədri: "113 nəfər könüllü şəkildə namizədlikdən imtina edib"

2İndiyədək bələdiyyə seçkiləri ilə bağlı 37 232 nəfərin namizədliyi qeydə alınıb". SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

MSK sədri bildirib ki, qeydə alınan 37 345 namizədddən 113 nəfəri könüllü şəkildə namizədlikdən imtina edib: "Beləliklə də hazırda qeydə alınan namizədlərin sayı 37 232 nəfər təşkil edir".

Qeyd edək ki, namizədlərin qeydiyyatı proseduru 29 noyabr 18:00-da başa çatır. 23 dekabr 2014-cü il bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək. Bələdiyyə seçkiləri nəticəsində 15035 bələdiyyə üzvü seçiləcək.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə