"Əvvəlcədən planlanmışdı ki, İsa Qəmbərin başqanlıqdan getməsindən sonra Müsavat partiyasının daxilində parçalanmalar və qopmalar olacaqdır". Bu fikirləri SİA-ya Müsavat daxilində baş verən istefalara münasibət bildirərkən Azərbaycan Milli İstiqlal Partiyasının( AMİP) funksioneri Əli Orucov deyib.
Əli Orucovun sözlərinə görə, Müsavatdaxili istefaların və parçalanmanın qarşısını almaq mümkün deyil: "Çünki birinci ilk növbədə Azərbaycanda partiyalar liderlər ətrafında cəmləşir. İkincisi də həmin o liderlər özlərindən sonra varis hazırlamırlar və öz varislərini də cəmiyyətə təqdim edə bilmir, eyni zamanda partiya yoldaşlarına qəbul etdirə bilmirlər. Bununda acı nəticəsi sonrakı prosseslərdə parçalanmalara gətirib çıxarır. Hazırda qeyd olunan vəziyyət Müsavatda höküm sürür. İsa Qəmbərin Arif Hacılıya dəstək verməsinə baxmayaraq, Müsavatdaxili qarşıdurmaları aradan qaldırmaq mümkün olmayacaq".
Eltun Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB