Müsavat Partiyasının qurultayında və başqanlıq seçkisində irəli sürdüyü saxtakarlıq iddialarından sonra siyasi təşkilatdan qovulan keçmiş funksioner Kamil Xəlilbəyli facebook hesabında başqan Arif Hacılının qardaşı, partiyanın Məclis üzvü Mustafa Hacıbəyliyə xatırlatma edib. SİA-nın əldə etdiyi məlumata görə, Kamil Xəlilbəyli öz qeydində Mustafa Hacıbəylinin özünə yaxın olan adamları vasitəsilə onu və daha bir müsavatçı xanımı təhqir etdiyini xatırladıb: "İnbox yazışmasını paylaşan Mustafa Hacıbəyli Arif Hacılının qardaşı olduğu üçün cəzasız qaldı, necə ki, bir xanımı söydüyü üçün cəzasız qaldı...".
Qeyd edək ki, Kamil Xəlilbəyli saxtakarlıqlara qarşı öz etirazını bildirdikdən sonra digər müsavatçı qadın - Könül Turan Türk tərəfindən senzuradan kənar təhqir mesajları almışdı. O da öz növbəsində həmin qadına cavab vermişdi.
Xatırladaq ki, dünən saytımıza açıqlama verən Mustafa Hacıbəyli özü və qardaşları tərəfindən heç bir müsavatçını təhqir etdirmədiklərini deyib: "Nə mən, nə Arif Hacılı, nə də Vaqif Hacıbəyli etirazçı müsavatçılara qarşı heç bir mənfi fikir söyləməmişik. Bizim çıxışlarda heç bir həqarət və təhqirdən söz gedə bilməz".
Kamil Xəlilbəylinin sosial şəbəkədəki hesabında təqdim etdiyi yazışmada isə Mustafa Hacıbəylinin onu "şərəfsiz" adlandırması əks olunub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB