MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda öncə MSK-nın 14 noyabr tarixli iclasın protokolu təsdiqlənib. İclasda həmçinin 2014-cü il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə Musaküçə bələdiyyəsinə namizədliyini irəli sürən 4 nəfər Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsinin seçki prosesinə müdaxilə etdiyini bildirib.

Bununla bağlı MSK-nın Ekspert Qrupu araşdırma aparıb, həmin şəxsəllər imza vərəqi verildiyi, doldurulmuş imza vərəqələrinin təqlim edildiyi və onların namizədliklərinin qeydə alınmasına noyabrın 24-dək Dairə Seçki Komissiyasında baxılacağı müəyyən edilib.

Namizədliyini irəli sürmüş şəxslərə icra hakimiyyəti nümayəndəsinin seçki prosesinə müdaxilə etməsi barədə sübutlar təqlim etmələri istənilib.

A.Muxtarova qeyd edib ki, belə sübutlar təqdim edilməsə də, müraciətlərin qəbul edilməsi və Masallı rayon İcra Hakimiyyətinin nümayəndələrinin diqqətinə Seçki Məcəlləsinin tələblərinə riayət olunmasının zəruriliyinin çatdırılması vacib sayıllıb. Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə