"Ümumiyyətlə Müsavatda növbədənkənar qurultayın reallaşması mümkün deyil. Partiyanın Nizamnaməsində göstərilir ki, ancaq Müsavatın rayon təşkilatlarının 1/5-i, Məclis üzvlərinin 1/3-i məsələ qaldırdığı halda partiyada qurultay keçirilə bilər". Bunu SİA-ya Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy Müsavatda növbədənkənar qurultayın keçirilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
Keçmiş partiya funksionerinin sözlərinə görə, demokratiyanı anlamayan Arif Hacılı tərəfdarları isə hay-küy salmaqla məşğuldur: "Onlar hər vəchlə sərbəst fikir söyləyəni özlərinə düşmən hesab etdiyindən, bunun yolverilməz olduğunu vurğulayırlar və bu məsələləri hakimiyyətlə bağlamaq istəyirlər. Ancaq hər bir şey ortadadır. Bu gün Müsavat Partiyasında baş verənlər onu göstərir ki, partiya artıq ikiyə bölünüb. Bu ikiyə bölünmüş partiyanın isə birlikdə fəaliyyət göstərməsi müşkül məsələdir. Plüralizmi, söz azadlığını qəbul etməyənlərlə avtoritar düşüncəli insanların birlikdə fəaliyyəti qeyri-mümkündür. Burada hər zaman intriqalar olacaq və bu intiriqa, çəkişmələr partiyanın inkişafına böyük zərbə vuracaq. Onsuzda Müsavat Partiyasının keçirilən qurultayında ona böyük zərbələr vurulub. Ağlı başında olanlar anlayırlar ki, buradan çıxış yolu yalnız partiyadan saxtakarlıq adının götürülməsidir. Bu isə ancaq Müsavatın növbədənkənar qurultayında baş verə bilər. Əks halda, bölünmə qaçılmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB