Zakir Həsənov Gürcüstanın səfirini qəbul edib FOTO

Zakir Həsənov Gürcüstanın səfirini qəbul edib FOTO

Noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi polkovnik Şalva Turaşvili iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə