Millət vəkili: “Allah düşmənlərimizi ən ağır cəzaya məhkum etsin”

Millət vəkili: “Allah düşmənlərimizi ən ağır cəzaya məhkum etsin”

Millət vəkili Elmira Axundova bu gün şəhid olan Azərbaycan Ordusunun əsgəri Rüstəm Əzizovun ailəsinə baş sağlığı verib. SİA-nın məlumatına görə, bu barədə millət vəkili Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"O, cənub bölgəmizdən Astaradan olan dəyərli övladımız idi. Şəhidin ailəsinə Allahdan səbr diləyirəm. Allah düşmənlərimizi ən ağır cəzaya məhkum etsin"-deyə, E. Axundova qeyd edib.

Qeyd edək ki, noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar. Düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olan əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə