Vasif Əfəndiyev: “Sarkisyanın qarnı ağramışdı, Putinin də yuxusu gəldi” AÇIQLAMA

Vasif Əfəndiyev: “Sarkisyanın qarnı ağramışdı, Putinin də yuxusu gəldi” AÇIQLAMA

"Dünyanın ən böyük dövlətlərinin görüşü olan G- 20 zirvəsinin nəticələrinin dünya siyasətində yeni səhifə açacağı şübhəsizdir". Bunu SİA-ya Vəhdət Partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev deyib.

Partiya funksionerinin sözlərinə görə, bu zirvənın keçirilməsinin əsas məqsədi Rusiya diktatoru Vladimir Putinə sonuncu dəfə xəbərdarlıq etmək olub: "İndiyə qədər dünya siyasi mühitində Rusiya kimi hərbi poitensiala mənsub olan bir dövləti uşaq kimi danlamaq və üzünə Ukraynadan rədd ol kimi sözlər demək olayı baş verməmişdi. Bu isə bir daha sübut edir ki, artıq Rusiya dünya üçün böyük təhlükə mənbəyi deyil. Qərb dövlətləri artıq əmindirlər ki, istədikləri zamanda Rusiyanın hərbi və iqtisadi potensialını çökdürə bilərlər. Neft ixrac edən ölkələrin neft hasilatını artırmaqla dünya bazarında neftin qiymətini son illərin ən minimum həddinə çatdırması Rusiya iqtisadiyyatına ölümcül zərbələr vurur".

V. Əfəndiyev hesab edir ki, iqtisadiyyatın əsasını neft və silah satışı təşkil edən Rusiyada rublun davamlı olaraq ucuzlaşması prosesi davam edəcək: "Yaxın gələcəkdə Rusiyaya qarşı silah satışı embarqosu qoyulacağı da gözləniləndir. Zirvə görüşü ərəfəsində ciddi tənqidə və təzyiqlərə məruz qalan Putinin tədbiri yuxusuzluq bəhanəsi ilə tərk etməsi biyabırçı vəziyyətin yaranmasına gətirib çıxarıb. Hətta Kanada baş naziri Harperin Ukraynadan rədd olun tələbi çox kəskin və Rusiya üçün aşağılayıcı hesab olunmalıdır. Anoloji olayın Azərbaycan Ermənistan görüşü zamanı baş verməsini xatırlayaq. O zaman Serj Sarkisyan qarnının ağrısını bəhanə gətirərək biyabırçı vəziyyətdə görüşü yarımçıq qoyaraq, qaçmışdı".

Bütün xəbərlər Facebook səhifəmizdə