Həsən Kərimov: “İstefa verən müsavatçılar AXCP-yə müraciət edə bilərlər”

Həsən Kərimov: “İstefa verən müsavatçılar AXCP-yə müraciət edə bilərlər”

"Müsavat Partiyasından istefalar onu göstərir ki, həqiqətən də partiya daxilində müəyyən problemlər var". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov Müsavat Partiyasında baş verən istefalara münasibətini bildirərkən deyib. AXCP rəsmisinin sözlərinə görə, bu problemlər qurultaydan sonra daha qabarıq şəkildə özünü göstərərək, kəskinləşib: "Azərbaycan tarixində müəyyən bir yol keçmiş Müsavatın belə proseslərlə üz-üzə qalması təəssüfləndiricidir. Bu təbii ki, müxalifətin zəifləməsindən xəbər verir".

Həsən Kərimov Müsavatdan istefa verənlərin müraciət edərlərsə, AXCP-yə qəbul olunacaqlarını da istisna etməyib: "İstefa verənlərdən kimsə AXCP-yə üzv olmaq istəyirsə, qapılarımız açıqdır. Biz heç kimə müraciət etmirik. Partiya seçimi vətəndaşların özünəməxsus qərarıdır. Lakin müraciət olarsa, bunu partiyada müzakirə edib, qərar verə bilərik".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə