Prezident Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətini qəbul etdi FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, nazir Sultan Bin Səid Əl Mansuri ölkələr arasında iqtisadi, siyasi, investisiya qoyuluşu, birgə əməkdaşlıq sahələrində və digər sahələrdə münasibətlərin inkişaf etdirilməsinin regional əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd edib.
Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində böyük inkişafa nail olunduğunu məmnunluqla söyləyib. Azərbaycanda yeni inkişaf layihələrinin uğurla icra olunduğunu vurğulayan prezident, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin Azərbaycana səfərinin ölkədə həyata keçirilən investisiya layihələri ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu söyləyib.
Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB