PA rəsmisi: "Azərbaycan erməni təxribatına bundan sonra da layiqli cavab verəcək"

PA rəsmisi: "Azərbaycan erməni təxribatına bundan sonra da layiqli cavab verəcək"

"Ermənistan hansı hüquqla Dağlıq Qarabağ ətrafında hərbi təlimlər keçirə bilər?". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov helikopterin vurulması ilə bağlı məsələləri şərh edərkən deyib.

Novruz Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında keçirilən hərbi təlimlər, onların təxribatçı hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır: "Onlar bilsinlər ki, işğalçı ölkənin bu cür təxribatçı addımlarına qarşı Azərbaycan tərəfindən həmişə layiqli cavab veriləcək. ATƏT-Minsk qrupunun həmsədrləri bu məsələdə beynəlxalq hüququn təmsilçiləri olmalıdırlar. Amma onlar bunu etmirlər. Bəlkə onlar düşünürlər ki, Ermənistan silahlı qüvvələrinin keçirdiyi bu hərbi təlimlər Azərbaycanın təhlükəsizliyinə təminat verir? Bu bir bəladır. Bu gün dünyada baş verən hadisələrin hər birini biz görür və izləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə