Əli Həsənov: "Hər agentlik hazırladığı xəbər standartına görə dünyada qəbul olunmur"

Əli Həsənov: "Hər agentlik hazırladığı xəbər standartına görə dünyada qəbul olunmur"

"Başladığınız bu yolun davamı olaraq sizə uğurlar arzu edirəm. Mən bütün yaradıcı kollektivin əməyini çox yüksək qiymətləndirirəm". SİA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-nın 10 yaşı münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

PA rəsmisi APA-nın bütün yaradıcı kollektivini və rəhbərliyini təbrik edib: "Həsən bəy Zərdabidən sonra Azərbaycan mediasının inkişafı Ümummilli Lider Heydər Əliyev tərəfindən mətbuatın üzərindən senzuranın ləğv etməsi ilə yüksək təkamül yolu tapdı. 2008-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu bir daha mətbuatın inkişafında mühüm rola malik oldu. APA-nın operativliyinə heç kimin şübhəsi olmasın. APA Azərbaycanda rəqabətə davamlı bir qurumdur. Hər agentlik hazırladığı xəbər standartına görə dünyada qəbul olunmur. Amma APA bu yöndə seçilir. Biz hər zaman çalışırıq ki, peşəmizin tələblərini yerinə yetirək".

Bütün xəbərlər Facebook səhifəmizdə