"Bu gün Azərbaycanda müxalif qüvvələr orta təbəqədən, cəmiyyətin aparıcı sahibkarlar ordusundan tamamilə kənarda fəaliyyət göstərir. Yəni, hər hansı bir imkana malik insanların onların təşkil etdiyi tədbirlərdə zaman itirdiklərini görmək mümkün deyil. Hətta aksiyanın keçirildiyi məkanın yanından addımlayıb keçən insanlar da bir dalğa effekti kimi həmin tədbiri digər küçələrə ötürməkdə maraqlı deyillər". Bu fikirləri SİA-ya millət vəkili Zahid Oruc deyib.
Millət vəkili hesab edir ki, müxalifətin hazırkı tədbirləri daha çox bu cəbhədəki münasibətləri aydınlaşdırmağa və o cinahda kimdir öndə olan qüvvə sualına cavab tapmağa xidmət edir: "Müxalif elita çox amansız seyrəlmələrə məruz qalıb. Eloktoral baza yoxdur. Hətta onların dediyi kimi yeddi minlik bir aksiyadırsa, bu 4 milyona qədər əhalinin məskunlaşdığı Bakı şəhərində, aktiv bir kəsimdə 7 min rəqəmi bir bələdiyyə üzvünün seçilməsinə belə yetməyəcək qədər kiçik bir qüvvə deməkdir. Bununla hakimiyyətə güc göstərmək, özünü cəmiyyət proseslərində hiss etdirmək, beynəlxalq aləmə mesaj vermək qeyri-mümkündür. Bu müxalifətin 2015-ci il seçkilərinə qədər ki dövrdə özünə aksiyalarla tərəfdar toplamaq planıdırsa, əks effekt doğurur. Hakimiyyət açıq şəkildə dünyaya göstərəcək ki, kim sərbəst toplaşmaq hüququnu reallaşdırmaq istəyirsə, ona meydan tanınır. Amma bütün müxalifət qüvvələri bir "Məhsul" stadionuna yerləşəcək qədər az bir tərəfdara malikdir. Eyni zamanda müxalifət 2015-ci il seçkilərini uduzduğunu indidən bütün cəmiyyətə bəyan etmiş olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB