"Yarandığı gündən Milli Şuranın fəaliyyətsizliyinin şahidi oluruq. Danılmaz faktdır ki, cəmiyyətin onlara inamı yoxdur. Ard-arda uğursuz aksiyalar bunun bariz göstəricisidir". Bu fikirləri SİA-ya "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Milli Şuranın mitinqində jurnalistlərə təzyiq olunması ilə bağlı müxalifət mətbuatında yayılan iddidalara münasibət bildirərkən deyib.
Baş redaktorun sözlərinə görə, onlar yalan fikirlərlərlə, müxtəlif şüarlarla, cəmiyyətdə çaşqınlıq yaratmaq cəhdləri ilə heç nə əldə edə bilməzlər: "Bu cür siyasi uğursuzluğun. oyunbazlıqların qabarıq görüntülərini ictimai rəydən yayındırmaq üçün müxtəlif üsullara əl atmalı olurlar. O cümlədən meydanlarda guya jurnalistlərlə qeyri-etik davranıldığı iddialarını irəli sürürlər. Əgər müxalifət öz ideologiyasına, öz platformasına sadiq qalsaydı, bu kimi məsələlərdən narahat olmamalı idi. Onlar aksiyanın izdihamlı keçməsini təmin etməli, yəni jurnalistləri güdməli deyildilər".
Aydın Quliyev onu da bildirdi ki, radikal müxalifət mətbuatı bu kimi davranışları ilə özlərini daha gülünc vəziyyətə qoyurlar: "Müxalifət mətbuatı məsələlərə siyasi don geyindirməklə, hay-küy qaldırmaqla ancaq siyasi maraqlarını təmin etmək niyyətindədirlər. Buna qeyri-ciddi siyasi yanaşma tərzi deyərdim".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB