Müsavatın narazılar qrupuna rəhbərlik edən başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun sosial şəbəkədə fəaliyyət göstərən tərəfdarları akrivləşiblər. SİA xəbər verir ki, Qubad İbadoğlunun qatı tərəfdarlarından olan, o cümlədən, Arif Hacılının başqanlığını qəbul etməyən fəallar - Kamil Xəlilbəyli, İsmayıl Kəsəmənli, Xəyyam Məmməd İbadoğlunun səhifəsində etirazlı fikirlərini qeyd etməkdədirlər.
Belə ki, partiyada cərəyan edən istənilən neqativ prosesə tənqidi şərhlər yazan narazılar ittihamlarını bilavasitə Müsavat Partiyasının yeni rəhbərliyinə ünvanlamaqdadırlar. Məsələn, Nəsib Nəsiblinin istefasından sonra müsavatçı professora yeni rəhbərlik tərəfindən başladılan hücumlara cavab olaraq, Kamil Xəlilbəyli adlı Qubad İbadoğlu tərəfdarı yazıb: "Dünənə qədər... Böyük alim, professor, siyasət elminin topdağıtmaz qalası, millət vəkili, keçmiş səfir Nəsib Nəsibli...
Bu gün.... Xain, satqın, hakimiyyətə satılmış...onun adı nə idi ? həəəəə Nəsib...Yesinlər dilinizi..."
Kamil Xəlilbəyli növbəti statusunda daha ilginc fikirlər paylaşıb: "Əslinə qalsa Osman Kazimov, Mustafa Hacıbəyli, Azər İsmayıl və digərləri Nəsib bəyə, Vurğun bəyə, Qara Tofiq bəyə təşəkkür etməlidir...Onlar gedəndən və bu prosseslər başlayandan sonra Osmanın, Mustafanın, Azərin və digərlərinin Müsavatda varlıqları bilindi... Əgər buna var olmaq deyilərsə..."
Qeyd edək ki, ötən gün narazı müsavatçılar Müsavatın qərargahında toplantı keçiriblər. Toplantıda çıxış edən Qubad İbadoğli bildirib ki, hələlik tələsmək lazım deyil."Müsavatın bütövlüyünü qorumalıyıq"- deyə qeyd edən İbadoğlu müakirələrdən sonra.narazılar işçi qrupu yaradılması təklifini irəli sürüb. İşçi qrupa Qubad İbadoğlu, Səxavət Əlisoy, həmçinin iştirak etməyi arzu edən rayon təşkilatlarının sədrləri, qadınlar birliyinin sədri daxil edilib. Təklif səsə qoyulub və heç kim buna etiraz etməyib. Həmçinin bildirilib ki, Tural Abbaslı da işçi qrupa qoşula bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB